Dünya çempionatı: Meksika Fransa mifini yırtdı
Cənubi Afrika Respublikasında (CAR) davam edən futbol üzrə dünya çempionatında A qrupunda da II tura yekun vurulub.
Lent.az-ın məlumatına görə, 2006-cı il mundialının finalçısı Fransa Meksika ilə qarşılaşıb.
Polokvane şəhərindəki “Peter Mokaba” stadionunda baş tutan görüş Meksika millisinin qələbəsi ilə nəticələnib – 2:0. Hər iki qolu sonradan meydançaya daxil olan futbolçular vurublar. 64-cü dəqiqədə Xavyer Ernandes hesabı açıb. Ernandes süni oyundankənar vəziyyət yarada bilməyən fransalı müdafiəçilərin səhvindən yararlanaraq, rəqib qapıçı ilə təkbətəkdən fərqlənib. Bundan 15 dəqiqə sonra baş hakim Xəlil Əl-Həmdi (Səudiyyə Ərəbistanı) Pablo Barreraya qarşı Erik Abidal tərəfindən edilən kobudluğu penalti kimi dəyərləndirib. Nəticədə Kuatemok Blanko yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, 2 oyundan 4 xal yığan Meksika yığması eyni xala malik Uruqvaya çatıb. Fransa ilə CAR-ın isə hərəyə 1 xalı var. İyunun 22-ə təsadüf edəcək III turda Meksika – Uruqvay, Fransa – CAR matçları keçiriləcək.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24