Nizami Paşayev dünya çempionatından imtina etdi
Azərbaycanın ən titullu ağırlıqqaldıranı Nizami Paşayev sentyabrın 17-də Türkiyənin Antalya şəhərində start götürəcək dünya çempionatına qatılmayacaq. Bu haqda Lent.az-a Avropa və ikiqat dünya çempionunun özü məlumat verib.
Paşayevin sözlərinə görə, buna bir neçə gün öncə sağ diz meniskindən əməliyyat olunması səbəb olub. Artıq bir ildir ki, bu zədədən əziyyət çəkən idmançımız əməliyyatın uğurla keçdiyini bildirib. Onun yaxın günlərdə məşqlərə başlamasına icazə verilsə də, dünya çempionatına lazımi səviyyədə hazırlıq üçün kifayət qədər vaxtı olmayacaq. Eyni zamanda yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi postunda çalışan 29 yaşlı atletimiz yetirməsi Nicat Rəhimovu avqustun 14-də Sinqapurda start götürəcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına aparacaq. Avqustun 27-də Vətənə qayıdacaq Paşayev qarşıdakı dünya çempionatını buraxacağını bildirib.
Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək dünya çempionatı 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq iki yarışdan biridir. Digər lisenziya xarakterli turnir 2011-ci ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya çempionatı olacaq. Nizami Paşayev məhz Parisdəki mundiala qatılmaq istədiyini bildirib.
Elşən Məmmədov

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24