Ağırlıqqaldıranlarımızın təkrar dopinq-test analizlərinin yeri və vaxtı müəyyənləşib
Azərbaycan ağırlıqqaldıranları Zülfüqar Süleymanovla (62 kq) Rövşən Fətullayevdən (94 kq) Avropa çempionatı vaxtı götürülən B dopinq-probu avqustun 24-də Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında açılacaq.
Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib. Əsgərovun sözlərinə görə, bu məqsədlə AAAF-ın vitse-prezidenti Tofiq Fətullayev Kölnə yollanacaq. Süleymanovla Fətullayevin Rusiyanın paytaxtı Moskvadakı antidopinq laboratoriyasındakı analiz zamanı A probu müsbət nəticə verib. Atletlərimizin B probu da müsbət nəticə versə, onlar 4 il müddətinə diskvalifikasiyaya məruz qalacaqlar. Əks halda, idmançılarımız ən çoxu 2 ilədək bütün yarışlardan kənarlaşdırılacaqlar. Əsgərov hətta Süleymanovla Fətullayevin ümumiyyətlə cəzasız qalmasının mümkünlüyünü istisna etməyib.
Qeyd edək ki, apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında Rövşən Fətullayev gümüş, Zülfüqar Süleymanov isə bürünc medal qazanıb. Lakin onlardan götürülən dopinq-testin A probu açılarkən, Fətullayevin orqanizmindən metandionon, Süleymanovdan isə tostesteron tapılıb. Hər iki maddə gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub və onların istifadəsi qadağan olunub.

Oxşar yazılar

Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37