“Velotrek” satılmayıb
Yarmarka hazırda fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycanda idman obyektləri satılmır. Əksinə, tikilir”. Lent.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, “Velotrek”in ətrafında yarmarka çoxdandır ki, fəaliyyət göstərir: “Son bir neçə ay ərzində yarmarka sahibləri ya strukturu dəyişmək istəyirlər, ya da yenidən tikmək istəyirlər. Bu yeniliklər və gələcəkdə orada aparılacaq inşa işləri bizə imkan verir ki, “Velotrek”i yarmarkadan hasarla ayıraq. İnanıram ki, bu yaxınlarda “Velotrek”də tikintini tənzimləmək, giriş-çıxışları müəyyənləşdirməklə bağlı işləri aparacağıq”.
Rəhimov ölkəmizdə velosiped idmanının inkişafı məqsədilə nəzərdə tutulan layihələrdən də danışıb. O, az öncə velosiped məktəbinin damının təmir olunduğunu və Bakı – Gəncə veloyürüşündə iştirak edən velosipedlərin həmin məktəbə hədiyyə edildiyini açıqlayıb: “İnanıram ki, məktəbdə velosiped idmanı ilə məşğul olan uşaqların sayı da çoxalacaq. Biz çox çalışırıq ki, 2011-ci ilin investisiya proqramında “Velotrek”də təmir işləri nəzərdə tutulsun. Panel olan yerdəki çatları aradan götürsək, təmir etsək, “Velotrek” fəaliyyət göstərə bilər. Amma gələcəkdə belə bir ideya var ki, yeni bir açıq yerdə dünya standartlarına cavab verən velotrek tikilsin, velosiped idmanına daha böyük diqqət yetirilsin və gələcək nailiyyətlər yüksəlsin, çoxlu uşaq məşq etsin. Hazırda “Velotrek” fəaliyyətdədir, işləyir. Məktəb işləyir. Velosipedlər bu məktəbə veriləcək, orada saxlanılacaq və “Velotrek” Azərbaycanda bu idman növünün mənzil-qərargahı olacaq”.
Nazir Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidenti Həsən Abdullayevin istefasının qəbul olunmamasını hələlik federasiyanın konfransının keçirilməməsi ilə əlaqələndirib: “Bilirsiniz, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov uzun müddətdir ki, Azərbaycan Şahmat Federasiyasının prezidentidir. Amma indiyədək Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti vəzifəsində qalır. Çünki yeni namizəd yoxdur, konfrans keçirilməyib. Nominal olaraq, Rüstəmov Üzgüçülük Federasiyanın da prezidenti kimi qalır. Həmçinin, Həsən Abdullayev uzun müddət AVİF-in prezidenti olub. Son illər digər ölkələrdən legionerlər cəlb edib. Yəni, fəaliyyəti var. Demək olmaz ki, gördüyü işlər sıfır səviyyədədir. Biz gözləyirik ki, yeni namizəd irəli sürülsün. Abdullayevin istefasını Azad Rəhimov yox, konfrans qəbul edə bilər və yeni insan seçilə bilər. Burada heç bir sirr yoxdur, yeraltı işlər aparılmır. Hansısa bir mətbu orqan bundan narahatdırsa, narahat olmasın”.
Elşən Məmmədov

Oxşar yazılar

Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04