Dünya çempionu avtomobil qəzasına düşdü
“Formula-1” üzrə dünya çempionu Luis Hamilton İsveçrədə avtomobil qəzasına düşüb. Lent.az-ın “Tribune de Geneve” nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı pilot Vezena şəhərciyində “yol ver” nişanına məhəl qoymayıb.
Nəticədə, onun “Mercedes-Benz” markalı avtomobili yerli sakinlərdən birinin idarə etdiyi “Peugeot 206”ya çırpılıb. Hadisə bir ay öncə - martın 14-də baş versə də, yalnız indi rəsmi məlumat yayılıb. Toqquşmada heç kim xəsarət almayıb, Luis Hamilton isə dərhal günahını boynuna alaraq, “Peugeot 206”nın sahibindən üzr istəyib. Problem məhkəməsiz yoluna qoyulub.
Qeyd edək ki, böyük britaniyalı pilot 2007-ci ildə də yol-hərəkət qaydalarını pozub. Həmin vaxt o, Fransa şosselərindən birində maksimal həddi keçərək, saatda 196 km sürətlə hərəkət edib. Nəticədə, Hamilton sürücülük vəsiqəsindən məhrum olunub və 600 avro cərimələnib.

Oxşar yazılar

Siz gimnastlar görmüsünüz, amma heç vaxt beləsini yox: 98 yaşlı nənə Ginnesin rekordlar kitabına düşdü
15 iyun 2025 , 19:40
"Arsenal" isveçli hücumçunun alınması prosesini dayandırdı
15 iyun 2025 , 17:07
Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 2025 , 03:34
Bu hücumçu "Mançester Yunayted"in təklifini RƏDD ETDİ
14 iyun 2025 , 20:00
Baş məşqçi 5 futbolçunu toxunulmaz elan etdi
14 iyun 2025 , 19:00
Bu 4 oyunçu gələn mövsüm "Barselona"da oynamayacaq
14 iyun 2025 , 16:30
Spaletti “Əl-Nəsr”in baş məşqçisi olacaq
14 iyun 2025 , 10:11