Arda və Hakan Bakıdakı oyunu buraxa bilər
Lent.az-ın məlumatına görə, “Qalatasaray” klubunda çıxış edən kapitan Arda Turanla sol cinah müdafiəçisi Hakan Baltanın zədələrinin ciddi olduğu açıqlanıb.
“Cim-Bom”un rəsmi saytı bildirir ki, Ardanın oyun vaxtı ayağından aldığı zərbə nəticəsində üç bağında zədələnmə aşkarlanıb. Bu zədələrdən ikisi ciddidir. Belçika ilə matç öncəsi sağ dizindən xəsarət alan Hakanın isə əzələlərinin müəyyən hissəsinin qırıldığı müəyyənləşib. Hər iki futbolçu ən azı 2 həftə müddətinə yaşıl meydançalardan kənarda qalacaq.
Qeyd edək ki, Türkiyə millisi növbəti seçmə oyunlarını oktyabrın 8-də səfərdə Almaniya, bundan 4 gün sonra isə Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək. Həmin oyunlaradək bir ay vaxt qalsa da, Arda Turan və Hakan Baltanın komandamızla görüşü buraxacaqları istisna olunmur. Hər şeyə futbolçuların müalicə prosesinin gedişində aydınlıq gələcək.

Oxşar yazılar

“Real”a Kurtua lazımdır: Müqaviləsi uzadılır
19 iyun 2025 , 10:14
Zelim Kotsoyev dünya çempionatında bürünc medal qazandı
18 iyun 2025 , 20:50
Ramos Klublararası Dünya Çempionatının tarixinə düşdü
18 iyun 2025 , 19:33
Premyer Liqanın yeni mövsümü bu tarixdə başlayacaq: "Mançester Yunayted" - "Arsenal" ilə oynayacaq
18 iyun 2025 , 17:52
“Zirə" və “Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri
18 iyun 2025 , 17:40
İnzaqi “İnter” rəhbərliyini aldadıb?
18 iyun 2025 , 16:42
“Beşiktaş” Avropa Liqasında Ardanın komandası ilə oynaya bilər
18 iyun 2025 , 15:36