Bahadir Nasimov “ən yaxşı futbolçu” seçildi
Lent.az-ın məlumatına görə “Unibank”ın təşəbbüsü ilə klubların baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında aparılan sorğunun nəticəsi belə olub.
Sorğuda 11 klub və 30 peşəkar jurnalist iştirak edib. Oyunlarda göstərdiyi səmərəliliyə görə Bahadir Nasimova klub nümayəndələrinin üçdə ikisi, jurnalistlərin isə 90 faizi səs verib. Çempionatın ən yaxşı oyunçusu adının yeni sahibinə Peşəkar Futbol Liqası (PFL) və “Unibank” qiymətli hədiyyə və pul mükafatı təqdim ediblər.
Qeyd edək ki, Bahadir Nasimov 6 turdan sonra Unibank Premyer Liqanın ən məhsuldar futbolçusudur. “Neftçi”nin liderliyində böyük pay sahibi olan 23 yaşlı forvard 9 qolla bombardirlər siyahısına başçılıq edir.

Oxşar yazılar

“Qarabağ”dan yeni transfer
3 avqust 2025 , 22:11
"Qalatasaray" "Latsio" ilə bacarmadı
3 avqust 2025 , 00:56
Pep Qvardiola artıq futboldan sonrakı həyatını planlaşdırır - "Mən böyük investoram"
2 avqust 2025 , 19:55
Qadın hakim Yamalı oyundan əvvəl öpdü: reaksiyası
2 avqust 2025 , 18:03
“Barselona”nın oyunçuları öz kumirlərini açıqladılar - yalnız biri Messini seçdi
2 avqust 2025 , 16:57
Messinin saat kolleksiyasının bir hissəsi
2 avqust 2025 , 13:45
Ulduz futbolçu şəxsi təyyarəsi ilə Bodruma gəldi, sərvət xərclədi
2 avqust 2025 , 12:39