Unibank Premyer Liqası: Sülhsevər “Gəncə” “Qarabağ”a təslim oldu
0
0
Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
Hesabı 32-ci dəqiqədə Rəşad Sadiqov açıb. 54-cü dəqiqədə Rauf Əliyev hesabı artırıb. Bundan 24 dəqiqə sonra isə Georgi Adamiya matçda son nöqtəni qoyub. Hesab 4:0 da ola bilərdi. Lakin 90-cı dəqiqədə Emin İmaməliyevin penalti zərbəsi qapı tirinə tuş gəlib.
Bu qələbə sayəsində “Qarabağ” xallarını 8-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Baş məşqçi Qurban Qurbanovun komandasının ehtiyatda “Bakı” ilə bir oyunu da var. “Gəncə” isə ilk məğlubiyyətini alaraq, 6 oyundan 5 xalla 8-ci pillədə qalıb.