Azərbaycan yığması dargözlərə uduzub, korlara rəqib oldu
0
0
Lent.az-ın məlumatına görə, kişilərdən ibarət yığmamız Vyetnamla, qadın millimiz isə Avstriya ilə üz-üzə gəlib.
Hər iki komandamız ilk turu qələbə ilə başa vurmasına baxmayaraq, bu dəfə fərqli nəticələr göstərib. Kişilərdən ibarət yığmamız uduzub – 1,5:2,5. Komandamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov heç-heçə etsə də, Rauf Məmmədov məğlub olub.
Qadın millimiz isə Avstriyaya qalib gəlib – 3:1. Şahmatçılarımızdan Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Nərgiz Umudova qələbə qazanıb. Yalnız Xəyalə İsgəndərova uduzub.
2 turdan sonra 4 xalla 19-cu pillədə qərarlaşan qadın millimiz III turda Ukrayna ilə üz-üzə gələcək. 2 xalla 51-ci yerdə gedən kişilərdən ibarət yığmamız isə Görmə Qüsurlu Şahmatçılar Assosiasiyasının (İBCA) komandası ilə görüşəcək.