Türkiyə Futbol Federasiyası “Bursaspor”u Bakıda qalib elan etdi
Lent.az-ın məlumatına görə, TFF 63-cü dəqiqədə yarımçıq qalan matçın nəticəsi kimi “Qaziantepspor”a 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, sentyabrın 20-də keçirilmiş qarşılaşmanın 56-cı dəqiqəsində “Bursaspor”un oyunçusu Ömər Ərdoğan baş zərbəsi ilə hesabı açdıqdan sonra tribunalarda etiraz səsləri qalxıb.
Ardından meydançaya kənar əşyalar atılmağa başlayıb. Onlardan biri 62-ci dəqiqədə yan xətt hakimi Məhərrəm Yılmazın başına dəyib. Nəticədə Yılmaz yaralanıb. Bunu görən baş hakim Dəniz Çoban matçı dayandırmalı olub. Çoban köməkçisi ilə bir müddət danışdıqdan sonra paltardəyişmə otağına yollanıb. Bu vaxt da yenə hakimlərə yad əşyalar atılmaqda davam edib. Ardından stadionun səs sistemi vasitəsilə matçın dayandırıldığı açıqlanıb.
Daha sonra “Bursaspor” azarkeşlərini təhlükəsizlik tədbirləri ilə əlaqədar tribunada saxlayıblar. Tribunadan çıxmayan və hakimlər əleyhinə şüarlar səsləndirən bir qrup “Qaziaptepspor”lu azarkeş isə təhlükəsizlik tədbirləri altında “Kamil Ocak” stadionundan çıxarılıb. Başına yad əşya dəyən ehtiyat hakim Məhərrəm Yılmaz da eyni qaydada paltardəyişmə otağından çıxarılaraq, xəstəxanaya aparılıb. Xəstəxanada aparılan rentgen müayinəsi zamanı Yılmazın başının yarıldığı aşkarlanıb. Həmin yerə iki tikiş qoyulub.

Oxşar yazılar

Lukas Torrera sevgilisindən AYRILIB
18 avqust 2025 , 15:54
Dünyanın ən seksual avtomobil yarışçısı açıq bikinidə fotosunu yaydı
18 avqust 2025 , 12:23
Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36