Şahin Diniyev: “Yığmamız Türkiyə kimi komandanı udubsa, demək, oyunu da yaxşı olub”
Bu fikirləri Lent.az-a açıqlamasında futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda isə Rusiyanın “Terek” klubunun məşqçisi Şahin Diniyev deyib.
44 yaşlı mütəxəssis 2012-ci il Avropa çempionatının seçmə qrup matçında millimizin Türkiyəni 1:0 hesabı ilə yenməsini böyük qələbə adlandırıb. Diniyev bu qələbə münasibətilə bütün futbolçuları və azarkeşləri təbrik edib: “Gözlənilməz, amma xoş oldu. Oyuna baxmasam da, deyə bilərəm ki, qələbə varsa, Türkiyə kimi komanda məğlub edilibsə, demək, oyun da yaxşı olub. Azərbaycan millisi layiqli qələbə qazanıb”.
Diniyev bildirib ki, millimizin qələbəsi münasibətilə “Terek” rəhbərliyi və futbolçulardan təbriklər alıb. Onun sözlərinə görə, Qroznı klubunun düşərgəsində də bu, gözlənilməz nəticə kimi qarşılanıb. Bununla belə, yığmamızın sentyabrın 7-də Almaniyaya 1:6, oktyabrın 8-də isə Avstriyaya 0:3 hesabı ilə uduzduğu səfər oyunlarını izlədiyini deyən sabiq baş məşqçi komandamızın oyunundan razı qalmayıb.
O, 2005-ci ilin noyabrından 2007-ci ilin oktyabrınadək baş məşqçi postunda çalışdığı millimizlə müqayisədə hazırkı yığmanın heç də 180 dərəcə müsbətə doğru dəyişmədiyini bildirib: “Yenə həmin milli komandadır. Bu komandanın hər bir seçmə tsikldə qələbə şansları olub, yenə də var. Amma yığmamızın tam fərqli komandaya çevrildiyini demək olmaz. Sadəcə, mənim çalışdığım dövrlə müqayisədə, milliyə diqqət dəfələrlə artıb. Təkcə bir şeyi deyim ki, o vaxtlar futbolçuların oyundan 48 saat əvvəl yığmanın düşərgəsinə qoşulmasına icazə verilirdisə, amma indi futbolçuları istədiyin qədər – 2-3 həftə klublarından ayıraraq, millinin oyununa hazırlaşdıra bilərsən. Bu mənada, yığmaya qayğı, münasibət sarıdan AFFA rəhbərliyi böyük işlər görüb, ciddi dəyişiklik var”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11