Mariya Şarapova nişanlandı – FOTO
Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Los-Anceles Leykers” klubunun sloveniyalı basketbolçusu ilə dünyanın sabiq bir nömrəli qadın tennisçisi bir ilə yaxındır görüşürlər.
Vuyaçiç “Qolden Steyt” komandası ilə NBA-nın mövsümöncəsi matçından sonra deyib: “Biz nişanlanmışıq və çox xoşbəxtik”. O, evlilik təklifini Şarapovaya tanışlıqlarının bir ilinin tamamında verdiyini də əlavə edib. Basketbolçunun fikrincə, bu təklif köhnə dəb kimi görünə bilər, amma özü centlmensayağı davranmaq istəyib. Lakin Vuyaçiç toy tarixinin hələ müəyyənləşmədiyini əlavə edib.
Şarapovaya gəldikdə, o, indiyədək heç vaxt şəxsi həyatına dair şərh verməsə də, bu yaxınlarda “Böyük dəbilqə” seriyasından “Roland Garros” turnirində Vuyaçiçlə münasibətlərini təsdiqləyib. Elə agenti də tennisçinin nişanlanması xəbərinin doğru olduğunu bildirib.
Qeyd edək ki, 2011-ci ildə 27 yaşı tamamlanacaq Saşa Vuyaçiç NBA-nın müntəzəm çempionatında 2004-2005-ci il mövsümündən çıxış edir. Vuyaçiç Los-Anceles klubunda 2 dəfə çempion olub. Mariya Şarapovanın isə gələn yaz 24 yaşı tamamlanacaq. Şarapova da peşəkar idmançı karyerasının zirvəsinə 2004-cü ildə çıxıb. Həmin il o, “Uimbldon” tennis turnirinin qalibi olub.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02