Yenə 10:0!
25 oktyabr 2010 14:35 (UTC +04:00)

Yenə 10:0!

Lent.az-ın məlumatına görə, oktyabrın 24-də keçirilmiş görüşdə Conatan Reys “het-trik”, Balaş Cucak və Cermeyn Lens “dubl” müəllifləri olublar.


Orlando Engelar və Ola Toyvonen hərəyə bir dəfə fərqləniblər. Bruno Martens İndi isə öz qapısına qol vurub. Qol “yağış”ı 24-cü dəqiqədə başlayıb və 87-ci dəqiqəyədək davam edib. 34-cü dəqiqədə Kelvin Lerdamın meydandan qovulması da “Feyenord”un biabırçı məğlubiyyətində az rol oynamayıb. İlk yarıda PSV daha bir qol vuraraq, fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.


Bu, “Feyenord”un Hollandiya çempionatının yüksək liqasında ən böyük hesablı məğlubiyyəti olub. PSV isə əvvəllər də 2 dəfə eyni hesabla qalib gəlib. Eyndhoven komandası 1973-cü ildə “Qou Ehed İqls”i, 1998-ci ildə isə “Volendam”ı məğlub edib.


Qeyd edək ki, Hollandiya çempionatında 10 turdan sonra PSV 24 xalla liderdir. 8 xala malik “Feyenord” isə 15-ci pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773

Oxşar yazılar