“Qarabağ”ın yendiyi komanda ölkə çempionu oldu
Lent.az-ın məlumatına görə, Trondheym komandası ölkə birinciliyinin başa çatmasına 2 tur qalmış “Trömsö” üzərində 1:0 hesablı qələbə sayəsində çempionluğunu elan edib.
Hazırda 66 xala malik “Rusenborq” ən yaxın rəqibi “Valerenqa” ilə aradakı fərqi 8-ə çıxarıb və tarixində 22-ci dəfə qızıl medalı təmin edib. Bu çempionluqların 14-ü komandanın hazırkı baş məşqçisi Nils Arne Eggenin payına düşüb. 68 yaşlı mütəxəssis 1971-ci ildən etibarən müxtəlif illərdə 7 dəfə komandanın baş məşqçisi olub. “Rusenborq” isə 1992 – 2004-cü illərdə dalbadal 13 dəfə Norveç çempionluğuna sahib çıxıb.
Qeyd edək ki, “Rusenborq” 2009-2010-cu il mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la üz-üzə gəlib. Komandamız Norveç təmsilçisini iki oyunun cəmində (0:0 və 1:0) üstələyərək, növbəti mərhələyə yüksəlib.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02