“Xəzər Lənkəran”da yubiley
Lent.az-ın məlumatına görə, Lənkəran komandası ölkə çempionatları tarixində 100-cü qələbəsini əldə edib.
Amma bunun üçün “ağ-yaşıllar” 3 tur gözləməli olub. VII turda “Neftçi” üzərindəki 1:0 hesablı qələbədən sonra “Bakı” ilə 1:1 hesablı heç-heçə və “Gəncə”yə 1:4 hesablı məğlubiyyət yubiley zəfəri arzusunu təxirə salırdı. “Turan” isə “Xəzər Lənkəran”ın istəyinə mane ola bilməyib.
Altı ildir yaranan “Xəzər Lənkəran” tarixinin ilk qələbəsini 2004-cü ildə qazanıb. 2004/2005-ci il mövsümündə II turun avqustun 12-də keçirilən görüşündə “ağ-yaşıllar” gücünü artıq mövcud olmayan “Şəfa”ya göstəriblər – 2:1.
50-ci yubiley qələbəsi isə 2006/2007-ci il mövsümünün son turuna, çempionluğun rəsmiləşdiyi qarşılaşmaya təsadüf edib. 2007-ci il mayın 23-də Qəbələdə “Gilan”ı 3:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” həm çempionluğu əldə edib, həm də 50-ci dəfə 3 xalı qazanan tərəf olub.
Digər tərəfdən, “Turan”la görüşdə Uinston Parks “Xəzər Lənkəran”ın 400-cü qolunun müəllifi kimi tarixə düşüb.
Mövsüm turnir Oyun Qələbə
2004/05 Çempionat 35 24
2005/06 Çempionat 26 9
2006/07 Çempionat 24 17
2007/08 Çempionat 26 14
2008/09 Çempionat 26 15
2009/10 Çempionat - I mərhələ 22 12
Çempionat – II mərhələ 10 3
2010/11 Çempionat 10 6
yekun 179 100
Qeyd edək ki, 2004/2005-ci il mövsümündə “Şəfa” ilə çempionatın ikinci dövrəsinə təsadüf edən texniki qələbə (3:0) oyun və qələbə sayında əks olunub. 2009/2010-cu il mövsümü iki mərhələdən ibarət olub. İlk mərhələdən sonra 12 klub iki altılığa bölünüb. Onlar birinci mərhələdə toplanılan xallar saxlanmaqla mübarizə aparıb.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02