Qaradağın icra başçısı AİBA-nın İcraiyyə Komitəsinə üzv seçildi - EKSKLÜZİV
Bu haqda Lent.az-a ABF-in I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Onun sözlərinə görə, noyabrın 2-də Qazaxıstanın paytaxtı Almatıda keçirilmiş AİBA-nın hesabat-seçki Konqresində Mikayılov qurumun 19 nəfərdən ibarət İcraiyyə Komitəsində təmsil olunmaq hüququ qazanıb. Komitə üzvlüyünə namizədlər sırasında olan Ermənistan nümayəndəsi Derenik Qabrielyana isə etimad göstərilməyib.
İclasda Beynəlxalq Olimpiya Komitəsinin üzvü, tayvanlı Çinq-Kuo Vu ikinci müddətə AİBA-nın prezidenti seçilib. Eyni zamanda AİBA-nın 4 konfederasiya üzrə vitse-prezidentləri müəyyənləşib.
Qeyd edək ki, AİBA-nın hesabat-seçki Konqresində Azərbaycanı Ağacan Abiyev və Süleyman Mikayılovdan başqa, ABF-in baş katibi Nağı Səfərov da təmsil edir. Abiyev noyabrın 3-də keçiriləcək seçkidə Avropa Həvəskar Boks Assosiasiyasının vitse-prezidentliyi uğrunda mübarizə aparacaq.
Elşən Məmmədov

Oxşar yazılar

"Düşünürəm ki, bu oğlan xüsusidir" - Toni Kroos Yamal haqqında DANIŞDI
10 iyul 2025 , 11:48
“Tottenhem”in azarkeşi Keyni qoluna döymə etdirdi, lakin...
10 iyul 2025 , 09:52
Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39