Avropa çempionatının loqotipində günəbaxan tumu - FOTO
05 noyabr 2010 11:15 (UTC +04:00)

Avropa çempionatının loqotipində günəbaxan tumu - FOTO

0
Lent.az-ın “Korrespondent.net”ə istinadən verdiyi məlumata görə, Ukrayna tərəfinin təqdim etdiyi loqotipdə günəbaxan tumu təsvir olunub.

Müəlliflərin fikrincə, bu, təşkilatçı ölkənin isti münasibətini və qonaqpərvərliyini tərənnüm etməlidir. Çiçək təsviri “Switch on Ukraine” (Ukraynanın işığını yandır”) yazısı ilə müşayiət olunur. Bu loqotip 300 namizəd arasından seçilib. Ukrayna baş nazirinin müavini, ölkənin qitə birinciliyinə məsul Boris Kolesnikov emblemi “kiçik biznesə hədiyyə” adlandırıb. Onun sözlərinə görə, Ukraynada istənilən sahibkar onu suvenir məhsul kimi istifadə edə bilər.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatı Polşa və Ukraynada təşkil olunacaq. Oyunlar Ukraynanın Kiyev, Lvov, Donetsk və Xarkov, eləcə də Polşanın Varşava, Poznan, Vrotslav və Qdansk şəhərlərində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 671

Oxşar yazılar