2014-cü il dünya çempionatında oyunlar 12 şəhərdə keçiriləcək
FİFA 2014-cü ildə dünya çempionatını təşkil edəcək Braziliyanın şəhərlərini müəyyənləşdirib.
Lent.az-ın məlumatına görə, ali futbol qurumunun xüsusi komissiyası 17 variant arasından seçimini 12 şəhər üzərində edib.
Qərara əsasən, oyunlar Belu-Orizonti, Brazilia, Kuyaba, Kuritiba, Fortaleza, Manaus, Natal, Portu-Aleqri, Resifi, Rio-de-Janeyro, Salvador və San-Paulu şəhərlərində baş tutacaq.
FİFA prezidenti Yozef Blatter Baham adalarında keçirdiyi mətbuat konfransında yekun qərarı çətinliklə qəbul etdiklərini söyləyib. Blatter fikirlərini Braziliyada dünya çempionatına marağın həddən artıq böyük olması ilə əsaslandırıb: “Biz dünya çempionatının idman nöqteyi-nəzərindən uğurlu alınmasını istəyirik. Məhz bu amil seçimimizdə nəzərə alındı”.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19