“Zenit” Advokatı qovdu
Rusiyanın “Zenit” futbol komandasının baş məşqçisi Dik Advokat istefaya göndərilib.
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Sankt-Peterburq təmsilçisinin Rusiya Premyer Liqasının son turlarında uğursuz çıxışları səbəb olub.
“Zenit”in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir: “Təəssüf ki, Advokat Belçika millisinin baş məşqçisi olmağa razılıq verdikdən sonra klubumuzun nəticələri xeyli zəiflədi. “Zenit”in ölkə çempionatında tutduğu hazırkı yer azarkeşləri də, rəhbərliyi də qane etmir. Komanda daxilindəki vəziyyəti sabitləşdirmək və onu inkişaf etdirmək üçün baş məşqçi dəyişikliyinə zərurət gördük”.
Hollandiyalı mütəxəssisin qovulmasından sonra baş məşqçi səlahiyyətlərinin icrası “Zenit”in gənclərdən ibarət komandasının məşqçisi Anatoli Davıdova tapşırılıb.
Qeyd edək ki, Dik Advokat Sankt-Peterburq komandasına 2006-cı ilin iyununda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “Zenit” növbəti il Rusiya çempionluğunu, 2007-2008-ci il mövsümündə isə UEFA kubokunu qazanıb. 2008-ci ildə “Zenit” Rusiya Superkuboku və UEFA Superkubokunun da qalibi olub. Bu il iyulun 1-də Advokat Belçika milli komandası ilə müqavilə bağladıqdan sonra onun mövsümün sonunda klubu tərk edəcəyi açıqlanmışdı. Lakin Rusiya çempionatının ötən turunda “Zenit”in öz meydançasında “Tom”a 0:2 hesablı məğlubiyyəti rəhbərliyi daha erkən qərar qəbuluna vadar edib. 12 turdan sonra piterlilər 18 xalla 8-ci pillədə qərarlaşıblar.
“Zenit”in yeni baş məşqçisi olmağa Roberto Mançini, Xuande Ramos, Luçano Spaletti və Erik Gerets namizəddir.

Oxşar yazılar

Alonsonu o əvəzləyəcək
3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12
Qərarı qətidir: “Mançester Siti”dən ayrılacaq
2 may 2025 , 19:46
“Milan”ın baş məşqçi postuna 7 namizəd - SİYAHI
2 may 2025 , 17:57
1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir
2 may 2025 , 14:27