Kaka Estoniyada azdı
12 avqust 2009 10:30 (UTC +04:00)

Kaka Estoniyada azdı

Braziliya milli komandasının və İspaniyanın “Real” klubunun futbolçusu Kaka Estoniyanın paytaxtı Tallində azıb.

Lent.az-ın Pryatel-Peeter Pere prefekturasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kaka “pentakampeonlar”ın Estoniya millisi ilə bu gün keçirəcəyi yoldaşlıq görüşünə dəvət alıb.

2007-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Kaka avqustun 11-də Tallində komanda yoldaşı ilə birgə gəzməyə çıxıb. Onlar səhər vaxtı şəhər hollu sahilində yolu itiriblər. Bu vaxt onlar polis patrulunun diqqətindən yayınmayıblar. Kesklinnask şöbəsində çalışan polis Kaka və komanda yoldaşını mehmanxanaya çatdırıb.

Qeyd edək ki, Estoniya – Braziliya matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
# 726

Oxşar yazılar