Rednik üçün 10-cu, Parksdan 9-cu
Lent.az-ın məlumatına görə, hücumçu Uinston Parks Lənkəran komandasının heyətində növbəti qolunu vurub.
18-ci dəqiqədə fərqlənən Parks klubunun qol həsrətinə son qoyub. “Xəzər Lənkəran” son 2 turda qol vura bilmirdi. Sonuncu dəfə Lənkəran təmsilçisi Premyer Liqanın XXIV turunun “Neftçi” ilə matçında qol sevinci yaşamışdı. Həmin matçın 89-cu dəqiqəsində Julius Vobay penaltidən fərqlənmişdi. Martın 18-dəki qarşılaşmadan sonra lənkəranlı azarkeşlər növbəti qolu 29 gün və ya 199 dəqiqə gözləməli oldu.
Digər tərəfdən, kosta-rikalı legioner hazırkı klubunda 9-cu qolunu qeyd edib. Bununla da klub tarixinin 14-cü bombardiri olan Parks 4 futbolçudan uzaqlaşıb. Bu turadək o, İlqar Qurbanov, Xaqani Məmmədov, Romulo Silvano və Xorxe Diasla eyni sayda – 8 dəfə fərqlənmişdilər. Bombardirlər siyahısına isə 44 dəfə fərqlənmiş Zaur Ramazanov başçılıq edir.
“İnter”lə qarşılaşma “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün iki kiçik yubileylə əlamətdar olub. Rumıniyalı mütəxəssis bu komandanı 30-cu dəfə meydana çıxarıb. Bundan başqa qeydə alınan 1:1 hesablı heç-heçə onun klubdakı 10-cü bərabərliyi olub.
Qeyd edək ki, “Xəzər Lənkəran” son qələbəsini “Neftçi” üzərində qazanıb. Bu, martın 3-də keçirilmiş Azərbaycan Kubokunun ilk ¼ final görüşündə baş verib – 4:3.

Oxşar yazılar

"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33
Dünyanın ən seksual voleybolçusu – Açıq-saçıq çimərlik geyimində
4 iyul 2025 , 19:59
"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı
4 iyul 2025 , 18:41
Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43