“Neftçi” jurnalının növbəti sayı buraxıldı
Lent.az-ın məlumatına görə, jurnalın ideya rəhbəri “Neftçi”nin prezidenti Sadıq Sadıqov, baş redaktoru Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğludur.
Jurnal şərti olaraq, rəsmi, birinci, ikinci hissə və əlavə vaxtdan ibarətdir. Rəsmi hissədə Azərbaycan futbolunda qazanılan uğur, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkə idmanına, o cümlədən futbola göstərdiyi diqqət və qayğı barədə yazılıb. Birinci hissədə Premyer Liqanın 21 - 26-cı turlarının xülasəsi, gənc və perspektivli futbolçu Cavid İmamverdiyevin müsahibəsi, “Neftçi”nin yeni yaradılmış B komandası haqqında yazı, eləcə də “Neftçi” öz gücünə oynayır!” məqaləsini oxumaq mümkündür.
İkinci hissədə isə “Neftçi”nin 17 yaşlılardan ibarət komandası barədə geniş yazı var. Bundan başqa, bu yaxınlarda ikinci dəfə “Ayın ən yaxşı oyunçusu” seçilən Flavinyonun müsahibəsi, əməkdar jurnalist Ələkbər Abbasovun “Neftyanik” adı necə dəyişdirilib “Neftçi” oldu?” yazısı və “Neftçi”nin doğma həkimi, bir müddət sonra komandaya qayıdan Boris Xetaqurovun müsahibəsi də ikinci hissədədir. Əlavə vaxt da rəngarəng məqalələrlə oxucuların görüşünə gəlib. Burada “Flaqman” Azad Azarkeşlər Qrupunun rəhbəri Ceyhun Bədəlzadənin müsahibəsi, Ruslan Abışovun bu yaxınlarda klipə çəkilməsi barədə yazı yer alıb. Çempionluğa addım-addım yaxınlaşan “Neftçi” klubunun rəsmi jurnalında komandanın son görüşlərindən rəngarəng fotolar da əksini tapıb. “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yığılıb, çapa hazırlanan jurnala poster və DVD-disk də əlavə olunub.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19