Kaka ikinci dəfə ata oldu - FOTO
Lent.az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi “kral klubu”na faydalı olacağına əmindir.
“Mən xoşbəxtəm və çıxışlarımı “Real Madrid”də davam etdirmək istəyirəm. Komandamızın baş məşqçisi Joze Mourinyo həmişə mənə dəstək olub. Əminəm ki, meydançada necə istifadə ediləcəyimdən asılı olaraq, klubumuza xeyir verə biləcəyəm” - deyə, Kaka bildirib.
“Real Madrid” İspaniya çempionatının ötən turunda “Valensiya”ya 6:3 hesabı ilə qalib gəlib. Qollardan ikisini Kaka vurub. Digər tərəfdən, futbolçunun həyat yoldaşı Karolina Seliko Braziliyadakı San-Paulu klinikalarından birində İzabella adlı qız dünyaya gətirib. Bu, ailənin ikinci övladıdır. Ulduz futbolçu ötən həftənin özü üçün uğurlu alındığını söyləyib: “Biz “Valensiya”ya qarşı əla çıxış etdik. Mənim qızım dünyaya gəldi və üstəlik, həmin gün Pasxa idi”.
“Sambaçı” Braziliya yığmasına qayıtmaq istədiyini də vurğulayıb.
Qeyd edək ki, Kaka ilə İngiltərənin “Çelsi” və İtaliyanın “Milan” klubları maraqlanır.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19