“Real Madrid”in prezidenti Mourinyonu qovmaq istəyib
Lent.az-ın “El Pais”ə istinadən verdiyi məlumata görə, istefaya Mourinyonun 1:0 hesablı qələbə qazandıqları “Sevilya” ilə matçdan sonra paltardəyişmə otağındakı sözləri səbəb ola bilərmiş.
Prezidentlə baş məşqçinin münasibətlərində böhran isə noyabrın 29-da “Barselona”ya 0:5 hesablı məğlubiyyətdən sonra yaranıb. Mourinyo “Sevilya” ilə görüşdən sonra bildirib ki, “Real Madrid”i dahi klub saymır. O, komanda barədə kobud fikirlər də səsləndiribmiş. Bundan sonra Peres Mourinyonu söhbətə çağırıb. Danışıqlar zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Lakin sonradan “Real Madrid”in prezidenti Mourinyonu qovmaq fikrindən daşınıb. O, azarkeşlərlə münaqişədən yayınmaq üçün portuqaliyalı mütəxəssisi postunda saxlamağa qərar verib.
Qeyd edək ki, İspaniya çempionatında 2010-2011-ci il mövsümünün sonuna 5 tur qalmış “Real Madrid” lider “Barselona”dan 8 xal geridə olmaqla, ikinci yeri tutur. Lakin İspaniya Kubokunun finalında “kral klubu” kataloniyalıları məğlub edib. Əzəli rəqiblər arasında daha 2 qarşılaşma Çempionlar Liqasının yarımfinalına təsadüf edəcək. İlk görüş aprelin 27-də Madriddə, cavab oyunu isə mayın 3-də Barselonada olacaq.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19