“Xəzər Lənkəran”ın hücumçuları susdu
06 iyul 2011 12:46 (UTC +04:00)

“Xəzər Lənkəran”ın hücumçuları susdu

0
“Xəzər Lənkəran” Avstriya toplanışı çərçivəsində Xorvatiyanin “Zaqreb” klubu ilə yoxlama oyunu keçirib. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran"ın məskunlaşdığı oteldən 200 km aralıda yerləşən St.Ulciş qəsəbəsinin futbol meydançasında keçirilən görüşdə hesab açılmayıb.

90 dəqiqə boyu rəqibindən üstün oyun sərgiləyən “Xəzər Lənkəran” matç ərzində 4 dəfə real qol şansı qazanıb. Lakin futbolçular əlverişli vəziyyətlərdən istifadə edə bilməyiblər. “Xəzər Lənkəran”ın start heyətində Kamran Ağayev(k), Elnur Allahverdiyev, Andrei Mureşan, Eder Bonfim, Marius Onofraş, Rahid Əmirquliyev, Rikardo, Julius Vobay, Joao Paulo Pinto, Borbeli Çaba yer alıb. Baş məşqçi Mirça Rednik ikinci hissədə bütün digər futbolçulara da meydana çıxmaq şansı verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 597

Oxşar yazılar