Hafiz Məmmədovun Aleksandr Starkova cavabı
03 avqust 2011 10:19 (UTC +04:00)

Hafiz Məmmədovun Aleksandr Starkova cavabı

0
Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında işlərin qaydasında olduğunu bildirib. Onun fikrincə, Sloveniyadakı hər iki təlim-məşq toplantısı yüksək səviyyədə keçib: “Bizim üçün əla şərait yaradılmışdı. Mən oyunçulardan, onların işə münasibətindən və hazırlığın gedişindən razıyam. Kollektivimiz tədricən, formalaşmaqdadır, əlbəttə ki, bu, qısa bir proses deyil. Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişikliklər baş verib. Həyatın tələbinə uyğun olaraq, bir çox futbolçu ilə yolları ayırdıq. Ötənilki uğursuzluqdan sonra bu, labüd idi. Eyni zamanda komandaya yeni oyunçular gəlib. Onların hər birinin oyuna öz baxışı, yanaşma tərzi var. Onların uyğunlaşması üçün zaman tələb olunurdu. Bu proses hələ tam başa çatmayıb. Yeni komandanın yaranması dərhal baş vermir. Çətinliklər var, bununla belə, məncə, biz qarşıda duran vəzifələrin həllinə qadir olan kollektiv yaratmağa nail oluruq”.


Latviyalı mütəxəssis klub prezidenti Hafiz Məmmədova “Bizim əsas məqsədimiz nədən ibarətdir, qarşıdan gələn mövsüm üçün prioritetlərimiz nədir?” sualı ilə müraciət etdiyini də söyləyib. Starkovun sözlərinə görə, Məmmədov ona "Bizə sözün əsl mənasında komanda yaratmaq lazımdır" cavabını verib: “Bu, nə deməkdir? Bu, təkcə yaxşı oyun nümayiş etdirən, qollar vuran, qalib gələn komanda deyil. Əlbəttə ki, məğlubiyyətlər də olacaq. Ancaq əsası yaxşı və çətin günlərdə bir yerdə olan, dərdini və sevincini bölüşən vahid kollektiv yaratmaqdır. Bizim ana məqsədimiz məhz, budur. Bu yolla irəliləyirik. Ötən mövsüm göstərdi ki, əgər kollektiv, komanda yoxdursa, qələbələrin sayı az olacaq. Bu gün biz yeni komanda qururuq. Bizə, hətta uğursuzluq olanda belə dəstək lazımdır. Dəstək çətin günlərdə daha da önəmlidir. Əminəm ki, bunun qarşılığını görəcəksiniz”.


Baş məşqçi komandada etdiyi dəyişikliklərə də toxunub: “Çempionatın əvvəllərində heç bir komanda əla vəziyyətdə olmur. Finişə qədər uzun məsafə var. Uğurlu başlanğıc olduqca vacibdir. Bununla belə, hazırlıq planını qabaqlamaq da olmaz. Birinci və ikinci təlim-məşq toplantıları zamanı biz testlər tətbiq etdik. İşimizin bəhrəsi kimi nəticələrin yüksəldiyinin şahidi olduq. Bunu həm adi gözlə, həm də texniki vasitələrin köməyi ilə görmək mümkündür. Orta sahədə və hücumda dəyişikliklər etdik. Xüsusən, hücum xəttinə diqqət ayırdıq. Şərti rəqib güclüdür, o, bizim hücumların qarşısını almağa, dağıtmağa çalışır. Bunun üçün xüsusi hazırlıq tələb olunur. Komandamızın yeni üzvlərindən razıyam, onlar tək hücumda deyil, müdafiədə də yer alırlar. Ümid edirəm kİ, mövsüm boyu futbolçuların inkişaf edəcəyinin şahidi olacağıq”.



Azarkeşlərimizə söz verirəm ki, onların dəstəyinin qarşılığını yaxşı oyunla və müsbət nəticə ilə verəcəyik".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 604

Oxşar yazılar