Yoldaşlıq görüşləri: Azərbaycan yığmasının 2 rəqibi qalib gəldi
11 avqust 2011 11:26 (UTC +04:00)

Yoldaşlıq görüşləri: Azərbaycan yığmasının 2 rəqibi qalib gəldi

0
Lent.az-ın məlumatına görə, Makedoniyaya öz meydançasında minimal hesabla uduzan Azərbaycan millisinin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki bütün rəqibləri də yoxlama matçına çıxıb. Qazaxıstan 85-ci dəqiqədən sonra azlıqda qalan Suriyanı yenə bilməyib. Görüşdə tərəflər hərəyə bir qol vurub. 65-ci dəqiqədə suriyalı Nadim Sabahın qoluna 5 dəqiqə sonra Jambıl Kukeyev cavab verib.


Avstriya öz meydançasında Slovakiyaya uduzub. Qonaqlar 21-ci dəqiqədə Yuray Kuçka, 30-cu dəqiqədə Robert Yetsin qolları ilə ilk yarını üstün tamamlayıblar. Meydan sahiblərinin təsəlli qoluna 62-ci dəqiqədə Ervin Hoffer imza atıb.


Türkiyə millisi İstanbulda Estoniyaya böyük hesabla qalib gəlib. 8-ci dəqiqədə Əmrə Belözoğlu penaltini dəqiq yerinə yetirib. Bundan 20 dəqiqə sonra Kazım Kazım-Riçard uzaqdan qüvvətli zərbə ilə fərqi artırıb. Kazım 36-cı dəqiqədə “dubl” edərək yekun nəticəni müəyyənləşdirib.


Almaniya da Braziliyanın qapısından 3 top keçirib. Maçda qapılardan ümumilikdə 5 qol keçib ki, bunların da hamısı fasilədən sonra vurulub. 61-ci dəqiqədə Bastian Şvaynştayger penalti ilə hesabı açıb. 67-ci dəqiqədə Mario Götse Bundestimin ikinci qolunu vurub. 5 qat dünya çempionları 72-ci dəqiqədə Robinyonun penalti zərbəsi ilə fərqi azaldıb. 80-ci dəqiqədə Andre Şürrle yenidən fərqi ikiyə çatdırıb. Lakin 90-cı dəqiqədə Neymar fərqlənib və Braziliya minimal fərqlə uduzub.



Belçikanın Sloveniya ilə səfərdə keçirdiyi görüşdə isə hesab açılmayıb.

Son dünya çempionu İspaniyaya gəldikdə, baş məşqçi Visente Del Boskenin komandası 4 qat dünya çempionu İtaliyaya uduzub. Hesabı 11-ci dəqiqədə Rikkardo Montolivo açıb. Qonaqlar 37-ci dəqiqədə Xabi Alonsonun penalti zərbəsi ilə bərabərlik qolunu vurub. 84-cü dəqiqədə isə Alberto Akvilani İtaliyanın qələbə topuna imza atıb.

Yaponiya – Cənubi Koreya – 3:0
Çin – Yamayka – 1:0
Botsvana – Keniya – 1:0
Qazaxıstan – Suriya – 1:1
AZƏRBAYCAN – Makedoniya – 0:1
Niger – Toqo – 3:3
Rusiya – Serbiya – 1:0
Qabon – Qvineya – 1:1
Litva – Ermənistan – 3:0
Latviya – Finlandiya – 0:2
Belarus – Bolqarıstan – 1:0
Kipr – Moldova – 3:2
Qambiya – Konqo – 3:0
Seneqal – Mərakeş – 0:2
Zimbabve – Zambiya – 2:0
Kot dİvuar – İsrail – 4:3
Macarıstan – İslandiya – 4:0
Albaniya – Çernoqoriya – 3:2
Norveç – Çexiya – 3:0
Oman – Bəhreyn – 1:1
Ukrayna – İsveç – 0:1
Lixtenşteyn – İsveçrə - 1:2
CAR – Burkina Faso – 3:0
Avstriya – Slovakiya – 1:2
Malta – Mərkəzi Afrika – 2:1
Polşa – Gürcüstan – 1:0
San-Marino – Rumıniya – 0:1
Türkiyə - Estoniya – 3:0
Almaniya – Braziliya – 3:2
İrlandiya – Xorvatiya – 0:0
İtaliya – İspaniya – 2:1
Şotlandiya – Danimarka – 2:1
Sloveniya – Belçika – 0:0
Uels – Avstraliya – 1:2
Bosniya və Herseqovina – Yunanıstan – 0:0
Fransa – Çili – 1:1
Küveyt – KXDR – 0:0
Portuqaliya – Lüksemburq – 5:0
Tunis – Mali – 4:2
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 659

Oxşar yazılar