Federasiya vitse-prezidenti bekarçılıqdan istefa verdi
15 avqust 2011 19:00 (UTC +04:00)

Federasiya vitse-prezidenti bekarçılıqdan istefa verdi

0
Bu haqda Lent.az-a Axundovun özü məlumat verib. O, işsiz qalmaq istəmədiyi üçün bu addımı atdığını bildirib. Sabiq vitse-prezidentin sözlərinə görə, şəraitsizlikdən idmançıların hazırlığı çox aşağı səviyyədədir, yarışlar demək olar ki, keçirilmir, vaxtilə genişmiqyaslı fəaliyyət göstərən yaxta klubu isə sökülüb: “Düzdür, federasiyada çalışdığım vaxt əmək haqqı alırdım. Amma heç bir iş görə bilmirdim. Heç kim mənə “get” deməyib. Sadəcə, işsiz otura bilmədiyimdən, vəzifəmdən istefa verdim”.


N.Axundov hazırda Şıx çimərliyində xilasedici kimi fəaliyyət göstərdiyini və kifayət qədər gərgin iş rejimində çalışdığını əlavə edib.

Qeyd edək ki, Azərbaycan Yelkən İdmanı Federasiyasının prezidenti Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovdur.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar