111 illik tarixində ilk dəfə  aşağı liqaya   düşdü
07 dekabr 2023 12:44 (UTC +04:00)

111 illik tarixində ilk dəfə aşağı liqaya düşdü

Braziliya A Seriyasında liqa tarixində aşağı liqaya düşməyən 3 təmsilçidən biri olan “Santos” liqanın son həftəsində evdə məğlub olaraq aşağı liqaya düşüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, liqanın son həftəsi oyununda evdə “Fortaleza”nı qəbul edən “Santos” 2-1 hesabı ilə uduzub.
Qarşılaşmada “Fortaleza” 39-cu dəqiqədə Marinyonun qolu ilə 1-0 önə keçib. “Santos” 58-ci dəqiqədə Messiasın qolu ilə hesabı bərabərləşdirib.

“Fortaleza” əsas vaxta əlavə edilən 6-cı dəqiqədə Juan Martin Lucero ilə qələbə qolunu vurub.

Bu nəticə ilə “Santos” 111 illik tarixində ilk dəfə aşağı liqaya düşüb.

Ötən illərdə heyətində Neymar, Rodriqo və Qabriel Barbosa kimi məşhurların yer aldığı “Santos”, “Sao Paulo” və “Flamenqo” ilə birlikdə Braziliya A Seriyasından düşməyən üçlük arasında idi.

Beləliklə, bu titulla yalnız “San Paulo” və “Flamenqo2 komandaları qalıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4815
avatar

Oxşar yazılar