39 yaşlı qapıçı  İspaniyaya qayıdı
03 iyul 2022 01:12 (UTC +04:00)

39 yaşlı qapıçı İspaniyaya qayıdı

Qapıçı Pepe Reyna “Latsio”dan ayrılmaq istəyir.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, ispaniyalı qolkiper Roma klubu ilə 2023-cü ilin yayına qədər olan müqaviləsinə xitam vermək qərarına gəlib.

Reyna bununla bağlı klub rəhbərliyinə müraciət edib. Tanınmış qapıçı 39 yaşı olmasına baxmayaraq, hələ də karyerasını bitirmək barədə düşünmür. O, vətəni İspaniyaya qayıtmaq fikrindədir.

Qeyd edək ki, “Latsio”ya 2020-ci ildə “Milan”dan keçən Pepe Reyna ötən mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb, 33 qol buraxıb. 

# 1515
avatar

Oxşar yazılar