Almaniyada ərəblərin yaraladığı  daha bir ukraynalı idmançı öldü
21 fevral 2024 10:21 (UTC +04:00)

Almaniyada ərəblərin yaraladığı daha bir ukraynalı idmançı öldü

Almaniyanın Oberhauzen şəhərində hücum zamanı yaralanan 18 yaşlı ukraynalı basketbolçu “Düsseldorf nəhəngi” Artem Kozaçenko aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Lent.az xəbər verir ki bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

“Hələ də çətin saatlarda “Nəhənglər” daha çox şok xəbərlərin öhdəsindən gəlməyə və bir klub olaraq bir araya gəlməyə çalışırlar. Artem və Vova, biz sizi həmişə xatırlayacağıq və qəlbimizdə saxlayacağıq. Rahat yat”, - deyə klubun saytında bildirilir.

Qeyd edək ki, fevralın 10-na keçən gecə Almaniyanın Oberhauzen şəhərində yeniyetmələr Kozaçenkoya və onun dostu, eyni klubun basketbolçusu, 17 yaşlı Vladimir Yermakova hücum ediblər. İdmançılar məşqdən sonra evə qayıdarkən avtobusda bir qrup yeniyetmə ərəb ilə mübahisə edib, daha sonra vağzal yaxınlığındakı dayanacaqda düşüblər. Yeniyetmələr basketbolçuların ardınca gedərək onlara bıçaqla hücum ediblər. Həkimlər Ermakovu xilas edə bilməyiblər, o, təcili əməliyyat zamanı dünyasını dəyişib.

Artıq yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisə yerində bir neçə şahid olub.

# 2154
avatar

Oxşar yazılar