Amorim istefa verməkdən imtina etdi
04 oktyabr 2025 17:54 (UTC +04:00)

Amorim istefa verməkdən imtina etdi

0

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubla əmək müqaviləsini öz istəyi ilə pozmayacağını bildirib.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, belə bir qərarı yalnız rəhbərlik verə bilər.

“Qərarı idarə heyəti verməlidir. Mən bunu edə bilmərəm. Bəzən istefa vermək istəyirəm, məğlubiyyətləri qəbul etmək çətindir. Edə biləcəyim hər şeyi etmədiyim təqdirdə klubdan ayrılmaq çox ağır olardı”, deyə Amorim bildirib.

Amorim 2024-cü il noyabrın 1-də İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi olub. Mütəxəssislə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub, əlavə bir illik uzatma opsiyası da var.

39 yaşlı portuqaliyalı mütəxəssis əvvəllər “Sportinq”i və “Braqa”nı çalışdırıb.

Qeyd edək ki, Amorimin klubdan istefa verməsi barədə əvvəllər xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar