Azərbaycanlıların apardığı çərəzlər və meyvə-tərəvəz məhv edildi
09 noyabr 2026 14:25 (UTC +04:00)

Azərbaycanlıların apardığı çərəzlər və meyvə-tərəvəz məhv edildi

0

Rusiyanın Surqut hava limanında sərnişinlərin ölkəyə gətirmək istədiyi 80 kiloqram bitki mənşəli məhsulun idxalına qadağa qoyulub.

Lent.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansi muxtar dairələri üzrə idarəsi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-dən noyabrın 5-dək hava limanında 50 beynəlxalq aviareys yoxlanılıb. Yoxlamalar zamanı 24 qanun pozuntusu aşkarlanıb.

Müsadirə olunan məhsullar Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin baqajında və əl yüklərində aşkar edilib.

Sərnişinlər ölkəyə təzə giləmeyvə, meyvə, tərəvəz, düyü, göyərti və qoz-fındıq keçirməyə çalışıblar. Qaydalara əsasən, bu məhsulların şəxsi baqajda sərhəddən keçirilməsinə məhdudiyyətlər tətbiq olunur.

Aşkarlanan məhsulların hamısı müsadirə edilib və sahiblərinin ərizələri əsasında hava limanındakı xüsusi sobada yandırılaraq məhv edilib.

Qayda pozuntusuna yol verən şəxslər barəsində inzibati tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar