Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə gecə saat 2 radələrində Mingəçevir şəhəri ərazisində qeydə alınıb.
27 yaşlı Elgün Rzayev kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.
Qeyd edək ki, E. Rzayev Vətən müharibəsi iştirakçısıdır.