Ançelottinin oğlu  da baş məşqçi olur
22 may 2025 15:42 (UTC +04:00)

Ançelottinin oğlu da baş məşqçi olur

Şotlandiyanın “Reyncers” klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

Lent.az xəbər verir ki, David Ançelotti və Stiven Cerrard bu vəzifə üçün namizədlər arasındadır. Klub hələ onların hansını seçəcəyi barədə qərar verməyib.

Gözlənilir ki, klub rəhbərliyi yekun qərarı gələn həftənin əvvəlindən tez verməyəcək.

Qeyd edək ki, Karlo Ançelottinin oğlu David Ançelotti uzun müddət atasının məşqçilər korpusunda çalışsa da, hələ baş məşqçi kimi təcrübəsi yoxdur.

Stiven Cerrard isə bundan əvvəl 2017-2021-ci illərdə “Reyncers”i çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar