“Arsenal”ın baş məşqçisi Mikel Arteta
01 sentyabr 2026 10:24 (UTC +04:00)

“Arsenal”ın baş məşqçisi Mikel Arteta

Arteta “250-lər klubu”na daxil oldu: Onu yalnız 3 məşqçi qabaqlayır

0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında əlamətdar göstəriciyə çatıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” üzərində 1:0 hesablı qələbə Artetanın “Arsenal”ın başında Premyer Liqadakı 250-ci oyunu olub. Bununla da ispaniyalı mütəxəssis eyni klubla ən azı 250 Premyer Liqa matçına çıxan 10-cu baş məşqçi olub.

Arteta bu göstəriciyə çatan məşqçilər arasında qələbə faizinə görə dördüncü yerdədir. Onu yalnız Pep Qvardiola, Aleks Ferqyuson və Yurgen Klopp qabaqlayır.

Artetanın rəhbərliyi altında “Arsenal” xüsusilə güclü müdafiəsi ilə seçilir. London klubu yeni mövsümün ilk iki Premyer Liqa oyununda rəqiblərinə cəmi üç dəfə qapı çərçivəsinə zərbə vurmağa imkan verib. “Aston Villa” isə “Arsenal”a qarşı bir dəfə də qapı çərçivəsini dəqiq nişan ala bilməyib.

Arteta 2019-cu ildən “Arsenal”ı çalışdırır və hazırda Premyer Liqada ən uzun müddətdir eyni klubda çalışan baş məşqçidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 56

Oxşar yazılar