"Tottenhem" rəhbərliyi futbolçularına Avropa Liqasını qazanmaları üçün ciddi mükafat hazırlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Londonun “Tottenhem” və “Mançester Yunayted” klubları Avropa Liqasının qalibi olmaq üçün veriləcək mükafatların miqdarını müəyyən ediblər.
Məlumata görə, “Tottenhem”in futbolçuları finalda qalib gəldikləri təqdirdə 3 milyon funt-sterlinq, Anqe Postekoqlu isə 2 milyon funt-sterlinqlə mükafatlandırılacaq.
“Tottenhem” oyunçularına ayrılan məbləğ “Mançester Yunayted” oyunçularının alacağı məbləğdən üç dəfə çoxdur. "Qırmızı şeytanlar"ın heyətinə qələbə üçün cəmi 1 milyon funt sterlinq ödəniləcək.
Ruben Amorimin müqaviləsində turnirdə uğur qazanacağı təqdirdə bonus da var, lakin hələlik dəqiq məbləğ məlum deyil.
Avropa Liqasını qazanıb Çempionlar Liqasına vəsiqə qazansalar, “Mançester Yunayted”in futbolçularının maaşı 30 faiz, Amorim və onun məşqçilər korpusunun isə 25 faiz artacaq.