“Ayaks”  baş məşqçini   qovdu
27 yanvar 2023 13:52 (UTC +04:00)

“Ayaks” baş məşqçini qovdu

"Ayaks" yenidən baş məşqçi axtarışına çıxıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Alfred Sxroyder cəmi altı aydan sonra tutduğu vəzifədən qovulub.

Hollandiya nəhənginin rəhbərliyi Erediviziyanın 18-ci turunda "Volendam"la 1:1 hesablı heç-heçədən sonra mütəxəssisin qovulduğunu açıqlayıb.

Qeyd edək ki, bu nəticədən sonra amsterdamlıların ölkə çempionatında qalibiyyətsizlik seriyası artıq 7 oyundur. Bu, 1965-ci ildən bəri klubda baş verməyib - bu, ən pis seriyanın təkrarıdır. Klub hazırda turnir cədvəlində beşinci yerdədir

Erik ten Haq “Mançester Yunayted”ə getdikdən sonra Sxroyder “Ayaks”ın başına keçib. Hollandiyalı mütəxəssislə müqavilə 2024-cü ilin iyun ayına kimi hesablanıb.
 

# 1398
avatar

Oxşar yazılar