Keçmiş məmurların meşədə basdırdığı 20 milyon dollar  tapıldı
14 noyabr 2026 17:45 (UTC +04:00)

Keçmiş məmurların meşədə basdırdığı 20 milyon dollar tapıldı

0

Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə vəzifə tutmuş məmurlarla bağlı korrupsiya istintaqı zamanı təxminən 19,5 milyon dollar dəyərində nağd pul aşkarlanıb.

Lent.az BBC-yə istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində aparılan axtarışlar zamanı pulların bir hissəsi fermalarda və anbarlarda gizlədilmiş seyflərdən, digər hissəsi isə meşəlik ərazilərdə torpağa basdırılmış vəziyyətdə tapılıb.

İstintaqın mərkəzində Orban hökumətində dörd il Milli İnkişaf naziri vəzifəsində çalışmış Mikloş Seştak dayanır. O, dövlət nəqliyyat şirkəti ilə bağlı korrupsiya sxemində rüşvət almaqda ittiham olunur. Keçmiş nazir ittihamları rədd edir.

Əməliyyat zamanı 5 milyard forintdən çox, 2,6 milyon avro və 1,2 milyon ABŞ dolları müsadirə edilib. Pullar dövlət xəzinəsinə təhvil verilib. Aprel seçkilərində Orbanı məğlub edən yeni Baş nazir Peter Magyar əməliyyatı “Mafiyanın sonu” adlandırıb.

Məlumata görə, daha bir keçmiş nazir və Mərkəzi Bankın sabiq rəhbəri Dyörd Matolçi də korrupsiya ittihamı ilə həbsdədir. Bundan başqa, Viktor Orbanın qardaşı və daha üç nəfər miqrant qaçaqmalçılığı ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Orban isə baş verənləri siyasi qisas adlandıraraq əsas hədəfin özü olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar