Bakıda restoranda DAVA:  qıza söz atan kişi arvadının yanında  döyüldü
14 noyabr 2026 17:27 (UTC +04:00)

Bakıda restoranda DAVA: qıza söz atan kişi arvadının yanında döyüldü

0

Bakıda restoranda dava olub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.

35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan vətəndaşı olan Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə vurub. Nəticədə Əliağa xəsarətlər alıb. Hadisə zamanı Əliağanın həyat yoldaşı da yanında olub.

Erolun sözlərinə görə, hadisəyə səbəb Əliağanın onun dayısıqızına söz atması olub.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş zərəri ödədiyini bildirib. Zərərçəkən Əliağa da, həmçinin, Erola qarşı heç bir şikayətinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Erol məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar