Bakıda maşından külli miqdarda pul oğurlandı
14 noyabr 2026 15:57 (UTC +04:00)

Bakıda maşından külli miqdarda pul oğurlandı

0

Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polisin keçiridiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar