200 il eyni növ hesab edilən kəpənəklər barədə yeni həqiqət  üzə çıxdı
14 noyabr 2026 21:24 (UTC +04:00)

200 il eyni növ hesab edilən kəpənəklər barədə yeni həqiqət üzə çıxdı

0

 

Alimlər Mərkəzi və Cənubi Amerikada geniş yayılan kəpənəklərin əslində bir-birinə çox bənzəyən üç ayrı növdən ibarət olduğunu müəyyənləşdiriblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Florida Təbiət Tarixi Muzeyinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatçılar təxminən 200 il ərzində bir növ kimi qəbul edilən “Colobura” cinsinə aid kəpənəklərin qanad quruluşunu, ultrabənövşəyi işığı əks etdirmə xüsusiyyətlərini və DNT göstəricilərini təhlil ediblər.

Nəticədə elm üçün əvvəllər məlum olmayan “Colobura cryptica” növü müəyyənləşdirilib. Bu kəpənəklər xarici görünüş baxımından bir-birinə olduqca bənzəsələr də, genetik fərqlərə malikdirlər.

Ən maraqlı məqam isə üç növün eyni coğrafi ərazilərdə yaşamasına baxmayaraq, genetik xüsusiyyətlərini qoruyub saxlamasıdır. Alimlər bunun səbəblərini əlavə araşdırmalarla müəyyənləşdirməyi planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar