“Barselona” Xavini pulsuz  yola salacaq
28 may 2024 17:00 (UTC +04:00)

“Barselona” Xavini pulsuz yola salacaq

Xavi klubdan qovulduğu üçün “Barselona” təzminat ödəməkdən imtina edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, kataloniyalı mütəxəssislə müqaviləyə bu gün xitam veriləcək. "Barselona" təzminatdan imtina sayəsində təxminən 12 milyon avro qənaət edəcək.

Xavinin iddiasına görə isə "Blauqrana" rəhbərliyi məşqçilər korpusunun səkkiz üzvünü işdən qovulduqları üçün tam ödənişlə təmin etməyə borcludur ki, onun da məbləği 3 milyon avroya yaxındır.

Mayın 24-də Kataloniya klubunun mətbuat xidməti Xavinin cari mövsümün sonunda "Barselona"nın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Mütəxəssis 2021-ci ildən kluba rəhbərlik edir və komanda ilə iki kubok - İspaniya çempionatı və ölkə Superkuboku qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar