Buffonun oğlu Seriya A-da debüt etdi
06 oktyabr 2025 12:39 (UTC +04:00)

Buffonun oğlu Seriya A-da debüt etdi

0

İtaliyanın və "Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffonun oğlu Lui Tomas Buffon A seriyasında debüt edib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 17 yaşlı Lui Buffon A Seriyasının 6-cı turunda “Bolonya” ilə oyun üçün “Piza”nın heyətinə daxil edilib. Onun komandası 36-cı dəqiqədə 10 nəfərlə qalıb. Nəticədə rəqib hələ 53-cü dəqiqədə “Piza”nı 4:0 hesabı ilə məğlub edib.

Gənc oyunçu 77-ci dəqiqədə M'Bala Nzolanı əvəzləyərək meydana daxil olub. Lui Buffon adətən cinahda oynayır, lakin A Seriyasında debütündə bir qədər mərkəzdə çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar