“Çelsi”  yeni qapıçı   axtarışında
28 oktyabr 2025 18:27 (UTC +04:00)

“Çelsi” yeni qapıçı axtarışında

0

“Çelsi” yeni qapıçı axtarır və mümkün namizədlər arasında “Milan” və “Barselona”dan olan qapıçılar da var.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, “Çelsi” qarşıdan gələn qış transfer pəncərəsində yeni qapıçı ilə müqavilə imzalamaq niyyətindədir və iki variantı nəzərdən keçirir.

Birinci seçim "Barselona"nın kapitanı Mark-Andre ter Ştegenin icarəyə götürülməsidir. İkinci variant isə Mayk Meynanın gələn yay azad agent olduqdan sonra pulsuz transferidir.

Qeyd etmək lazımdır ki, London klubu ötən yay Meynanı transfer etməyə çalışmışdılar, lakin "Milan" fransız üçün şişirdilmiş qiymət tələb etmişdi və "Çelsi" bu ideyanı rədd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar