Dünya çempionatı: Braziliya 1/8 finalda
29 iyun 2026 23:06 (UTC +04:00)

Dünya çempionatı: Braziliya 1/8 finalda

0

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Braziliya və Yaponiya milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

İlk hissə Yaponiyanın 1:0-lıq üstünlüyü ilə başa çatıb. 29-cu dəqiqədə Sano fərqlənib. Braziliya ikinci hissənin əvvəlində Kazemiro ilə hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə cənubi amerikalılar ikinci dəfə fərqlənib. Martinelli 90+6-cı dəqiqədə Braziliyanı 1/8 finala aparan qolu vurub: 2:1.

Braziliya 1/8 final mərhələsində Fil Dişi Sahili-Norveç cütünün qalibiylə qarşılaşacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar