Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi
29 iyun 2026 14:48 (UTC +04:00)

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə  idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Samir Mamedovun 3 il sürücülük hüququndan məhrum edilməkə 5 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Samir Mamedovun 5 il sürücülük hüququndan məhrum edilməklə, 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Zərərçəkən tərəf marşrut xəttinin sahibi olan daşıyıcı şirkətə qarşı mülki iddia qaldıraraq 50170 manat ödənilməsini istəmişdi. Bu məbləğə maddi və mənəvi təzminat, eləcə də dövlət rüsumları daxildir. Zərərçəkən tərəf mülki iddiadan geri çəkildiyini məhkəməyə bildirib.

Xatırladaq ki, hadisə 1 dekabr 2025-ci ildə Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Samir Loğman oğlu Mamedov idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedov Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 288

Oxşar yazılar