Divandan xoşu gəlmədi, baş məşqçi  işdən çıxarıldı
03 dekabr 2023 13:41 (UTC +04:00)

Divandan xoşu gəlmədi, baş məşqçi işdən çıxarıldı

İngiltərəni “Lids” klubunun keçmiş sahibi italiyalı Massimo Çellino səhvən komandanın baş məşqçisi Brayan Makdermotu necə işdən çıxarması hekayəsini paylaşıb.

“2014-cü ildə “Lids”i alanda ingilis dilim dəhşətli idi. Mən gələndə “Elland Roud”dakı ofisdə məxmər divan var idi. Bənövşəyi idi. Dedim: “Divanı dəyiş, daha onu görmək istəmirəm”, - Lent.az xarici KİV-ə istinadən bildirir ki, Çellino deyib.

Sonra da baş məşqçini qovublar.

Növbəti oyundan əvvəl odan soruşublar: “Sabah komandaya kim rəhbərlik edəcək?” Dedim ki, niyə bizim baş məşqçimiz yoxdur? Mənə cavab verdilər: “Onu işdən çıxardın”. Mən onu işdən çıxardım? #####”, – Britaniyanın “Daily Mail”nəşri Çellinodan sitat gətirir.

# 2214
avatar

Oxşar yazılar