Əfsanəvi Zidan hansı komandanın baş məşqçisi  olmaq istəyir?
13 oktyabr 2025 19:20 (UTC +04:00)

Əfsanəvi Zidan hansı komandanın baş məşqçisi olmaq istəyir?

0

Əfsanəvi Zinəddin Zidan çalışdırmaq istədiyi komandanın adını açıqlayıb:

"Əlbəttə, baş məşqçiliyə qayıdacağam; planım budur. Arzum bir gün Fransa millisinin baş məşqçisi olmaqdır", - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, fransalı bildirib.

Fransa millisinin hazırkı baş məşqçisi 2012-ci ildən komandaya rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında Fransa millisi dünya çempionatının qalibi olub, müvafiq olaraq Portuqaliya və Argentinaya uduzaraq həm Avropa, həm də Dünya çempionatının final mərhələsinə yüksəlib.

Zinəddin Zidan karyerası ərzində yalnız “Real”ı çalışdırıb və onunla ardıcıl üç Çempionlar Liqası titulunu qazanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar