Enzo Fernandesin qarışıq eşq həyatı: Vanda Nara  ona mesaj yazıb
03 sentyabr 2026 16:49 (UTC +04:00)

Enzo Fernandesin qarışıq eşq həyatı: Vanda Nara ona mesaj yazıb

0

“Mançester Siti”nin yeni transferi Enzo Fernandes şəxsi həyatı ilə də diqqət mərkəzinə düşüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu uzun müddətdir uşaqlıq sevgilisi Valentina Servanteslə münasibətdədir. Cütlüyün Olivia və Benjamin adlı iki övladı var.

Onlar 2024-cü ilin sonunda qısa müddətə ayrılıblar. Fernandesin həmin vaxt tək yaşamaq istədiyi bildirilib. Lakin cütlük bir neçə ay sonra barışıb və Londonda birlikdə görüntülənib.

Argentina mediasının iddiasına görə, məşhur aparıcı və model Vanda Nara da futbolçuya sosial şəbəkədə mesaj göndərib. Onun Enzoya “Səni məhəllədə gördüm, istəsən mənə yaz” sözlərini ünvanladığı qeyd olunub. Futbolçunun isə cavab vermədən mesajı Valentinaya göstərdiyi irəli sürülüb.

Valentina Servantes daha sonra bu xəbərləri təkzib edərək Enzonun ona Vanda Nara ilə bağlı heç nə demədiyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar